Azərbaycanın turizm imkanları Türkiyə nümayəndələrinə təqdim olunub

Azərbaycanın turizm imkanları Türkiyə nümayəndələrinə təqdim olunub

Azərbaycan Turizm Bürosu (ATB) və "Absheron Hotel Group" 29 fevral - 3 mart tarixlərində Türkiyədən olan 13 turizm sənayesi nümayəndəsinin Bakı şəhərinə işgüzar turizm üzrə tanıtım səfərini təşkil edib.

Bu barədə BusinessTime-a ATB-dən məlumat verilib.
 
Səfərdə təşkilində məqsəd Azərbaycanın işgüzar turizm imkanlarını tanıtmaq, təbliğ etmək və işgüzar məqsədlərlə Azərbaycana səfər edəcək sənaye üzvlərinin sayını artırmaqdır.
 
Tanıtım səfəri çərçivəsində Türkiyə turizm sənayesi nümayəndələri ilə 30-a yaxın yerli turizm sənayesi nümayəndələri arasında B2B formatında görüşlər keçirilib. 
 
Bundan əlavə, iştirakçıların Bakı Konqres Mərkəzi, Heydər Əliyev Mərkəzi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna ziyarətləri təşkil olunub.