Bakı-Moskva təyyarəsində texniki problem yaranıb
![Bakı-Moskva təyyarəsində texniki problem yaranıb](https://businesstime.az/uploads/images/2022/07/image_750x_62ca7a7a1c030.jpg)
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən "Airbus A340" hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
BusinessTime bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir.
"Airbus A340" təyyarəsi saat 09:11-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Gecikmiş Bakı-Moskva və Moskva-Bakı reyslərinin sərnişinləri texniki problemlər aradan qaldırılana qədər hoteldə yerləşdiriləcək və lazımi əşyalarla təmin olunacaqlar.