Azərbaycanın tekstil istehsalçısı kimi tanınması üçün təbliğat-təşviqat kampaniyaları aparılmalıdır

Azərbaycanın tekstil istehsalçısı kimi tanınması üçün təbliğat-təşviqat kampaniyaları aparılmalıdır

Azərbaycan Tekstil Assosiasiyası yaradılıb və biz onun fəaliyyətinin genişləndirilməsi üçün dəstək verməyə çalışırıq. Əsas məqsədimiz yerli bazarda olan şirkətlərə dəstək olmaq və xarici tərəfdaşların milli istehsalçıların birliyinin olduğunu görstərmək və onları etibarlı tərəfdaş kimi təbliğ etməkdir.

Bu fikirləri jurnalistlərə açıqlamasında GiLTEX-in Baş İcraçı direktoru Kamran Aqasi deyib.

O bildirib ki, bunun üçün xarici bazarları araşdırmalı və onların effektiv təcrübələrini ölkəmizə gətirməliyik. Eyni zamanda, Azərbaycanın tekstil istehsalçısı kimi tanınması üçün təbliğat-təşviqat kampaniyaları da həyata keçirilməlidir.
 
Kamran Aqasi həmçinin əlavə edib ki, dövlət istehsalçılara dəstək verir və biz də mütəmadi olaraq hökumətlə təmasda oluruq. Lakin xarici bazara çıxışda qiymət və qlobal çağırışlarla üzləşirik.

Əsas problemlər standartların tətbiqi və sertifikatlaşmadır. Bu standartlar həm effektivliyin artırılması, həm də etibarı yüksəldir. Əgər istehsalda effektivlik olmazsa, qlobal rəqabətdə uğur qazanmaq mümkün deyil.

BusinessTime.az