Azərbaycanla Türkiyənin ticarəti 9% artıb

Azərbaycanla Türkiyənin ticarəti 9% artıb

Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi bu ilin birinci rübündə 1,4 milyard dollar dəyərində olub.

BusinessTime-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə 9,3% çoxdur.

Hesabat dövründə Azərbaycanın Türkiyəyə ixracının dəyəri 837,4 milyon dollar, bu ölkədən idxalının dəyəri isə 592,8 milyon dollar dəyərində olub.