“Azərenerji” 11 milyonluq avadanlıq alacaq

“Azərenerji” 11 milyonluq avadanlıq alacaq

“Azərenerji” bir sıra avadanlığn satınalınmasına görə iki tender elan edib.

Bu barədə İqtisadiyyat.az səhmdar cəmiyyətindən məlumat əldə edib.

Belə ki, Elektrik verilişi xətlərində online diaqnostika üçün avadanlıqların və qaçan dalğa metodu ilə elektrik verilişi xətlərdə qısaqapanma yerinin təyini qurğusunun satınalınması nəzərdə tutulub.


Satınalınmalara ümumilikdə 11,7 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb.