“AzerGold”un törəməsi 8 milyon manatlıq məsləhət alacaq

“AzerGold”un törəməsi 8 milyon manatlıq məsləhət alacaq

AzerGold” QSC-yə məxsus "Daşkəsən Dəmir Filiz" MMC eyni adlı yataqda dəmir filizi konsentratı istehsalı üçün zənginləşdirmə zavodu və aidiyyəti infrastrukturun qurulması üçün ilkin layihələndirmə və layihə idarəçiliyi üzrə məsləhət xidmətləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

BusinessTime dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Encotec" MMC-dir.

Qalib şirkətə 8 124,3 min manat ödəniləcək.