AZPROMO ticarət informasiya portalını istifadəyə verəcək

AZPROMO ticarət informasiya portalını istifadəyə verəcək

AZPROMO bu ilin sonunadək ticarət informasiya portalını istifadəyə verəcək.

Bu barədə AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı paytaxtda "Qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, madeinazerbaijan.gov.az elektron platforması vasitəsilə ixracatçılara daha yüksək və keyfiyyətli xidmətlər göstəriləcək. Portalda ticarət iştirakçıları gömrük prosedurları və sertifikatlaşdırma ilə bağlı mühüm məlumatlar əldə edəcəklər.