"Azərişıq" Qarabağda elektromobillər üçün şarj stansiyaları quraşdırıb

"Azərişıq" Qarabağda elektromobillər üçün şarj stansiyaları quraşdırıb

Şuşa, Hadrut və Xocavənddə elektromobillər üçün şarj stansiyaları fəaliyyət göstərir.

Bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun bu ilin 6 ayında gördüyü işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, gələcəkdə "Azərişıq" özü də elektromobillərdən istifadə etməyi planlaşdırır: "Xüsusilə "Yaşıl enerji zonasında - yarımstansiyaların yaxınlığında bu cihazları quraşdırmaq asandır. Gələcəkdə bu ərazilərdə elektromobillər üstünlük təşkil edəcəyi üçün bütün yarımstansiyalarda şarj stansiyaları quraşdırılacaq".