AzTU-da təmir işlərinə başlanılır - 2,3 milyon manat ayrıldı

AzTU-da təmir işlərinə başlanılır

Azərbaycan Texniki Universitetində (AzTU) əsaslı təmir işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

BusinessTime bildirir ki, bu barədə İqtisadiyyat.az universitetdən məlumat əldə edib.

Belə ki, ali təhsil müəssisəsi təmir işlərini "Mühəndislik Tikinti Təchizat" QSC-yə həvalə edib və onunla müqavilə bağlayıb.

Bağlanmış müqavilənin maliyyə dəyəri 2 360 140 manat olaraq müəyyənləşib.