Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan nefti cüzi bahalaşıb

Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən elektron hərracda Azərbaycanın "Azeri Light CIF" markalı neftinin 1 barelinin qiyməti 88,60 ABŞ dolları təşkil edib.

Businesstime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 0,01 ABŞ dolları yaxud 0,01 % irəliləmə deməkdir.

Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün təsdiqlənmiş dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları müəyyən edilib.

Xatırladaq ki, eyni birjada hərraca çıxarılan “Brent” markalı neftin iyun fyuçersləri üzrə 1 barelin dəyəri 84,77 ABŞ dollarına satılıb.

Yazar