Dünya birjalarında xam neftin qiyməti artıb

Dünya birjalarında xam neftin qiyməti artıb

Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən hərracda “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 bareli 83,30 ABŞ dollarına təklif edilib.

BusinessTime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 0,78 ABŞ dolları yaxud 0,94 % bahalaşma deməkdir.

Ötən gün Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Qərbi Texas) markalı xam neftin bir barelinin qiyməti 78,58 ABŞ dolları olub.

Bu da əvvəlki günlə müqayisədə 0,99 dollar/barel yaxud 1,28 % çoxdur.