Bakı bu göstəriciyə görə dünya şəhərləri arasında 74-cü olub

Bakı bu göstəriciyə görə dünya şəhərləri arasında 74-cü olub

Apreldə Bakı şəhəri mobil internetin median sürətinə görə 1 pillə geriləyərək 41,10 MB/S sürətlə 171 şəhər arasında 74-cü yerə sahiblik edib.

Bu barədə BusienssTime-a “Speedtest Global Index”ə istinadən xəbər verir.

Məlumatda deyilir ki, Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 30,93 MB/S sürətlə 136-cı pillədə qərarlaşıb ki, bu da pillə irəliləməkdir.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 199,28 MB/S sürətlə Qətərin Ər-Rəyyan şəhəri, sonuncu yeri isə MB/S sürətlə Əfqanıstanın paytaxtı Kabil şəhəri tutub.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 192 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin 260,14 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,88 MB/S sürətlə sonuncu olub.