"Bakı Fond Birjası"nın dövriyyəsi 30 % azalıb

"Bakı Fond Birjası"nın dövriyyəsi 30 % azalıb

Bu ilin yanvar-fevral aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 2 milyard 212,275 milyon manat təşkil edib.

BusinessTime.az  BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 30,45 % azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 5,9 % artaraq 1 913 olub.

BFB-nin dövriyyəsinin 41,6 %-i və yaxud 919,275 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 43,3 % azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 44,2 % azalaraq 80,507 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 14,3 % azalaraq 1 212,493 milyon manat olub.