İcmal büdcədə 6 milyard manatdan çox profisit yaranıb

İcmal büdcədə 6 milyard manatdan çox profisit yaranıb

Cari ilin birinci yarımilliyində icmal büdcənin gəlirləri 24 milyard 352,5 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2434,3 milyon manat və ya 9,1 faiz azdır.

BusinessTime Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, altı ayda büdcənin xərcləri isə 18 milyard 198,9 milyon manat icra olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 487,5 milyon manat və ya 15,8 faiz çoxdur.

İcmal büdcədə 6 milyard 153,6 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.