Bakı və Abşeronun bəzi qəsəbələrində su kəsiləcək

Bakı və Abşeronun bəzi qəsəbələrində su kəsiləcək

Magistral su xəttində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu gün Bakının Sabunçu rayonunun Kürdəxanı və Pirşağı, eləcə də Abşeron rayonunun Novxanı, Goradil və Mehdiabad qəsəbələrinin bağ masssivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə BusinessTime-a "Azərsu" ASC-dən bildirilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.