Niyaz İsmayılov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Niyaz İsmayılov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

“PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri və Baş icraçı direktoru Niyaz İsmayılov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Elnur Məmmədli ilə görüş keçirib.

Görüşdə proqram çərçivəsində görülən işlər, mentinin peşəkar və fərdi inkişaf istiqamətləri, qarşıya qoyulan məqsədlər və gələcək fəaliyyət planları ətrafında müzakirələr aparılıb.

Bununla yanaşı, idarəetmə təcrübəsi  və institusional inkişaf baxımından önəm daşıyan məsələlər barədə fikir mübadiləsi həyata keçirilib.