Bakıda inzibati bina 8,9 milyon manata təmir ediləcək

Bakıda inzibati bina 8,9 milyon manata təmir ediləcək

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” tender elan edib.

Valyuta.az xəbər verir ki, müsabiqə 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 40 ünvanında yerləşən inzibati binasında təmir və yenidənqurma işlərinin satın alınması ilə bağlıdır.

Tenderin ehtimal olunan dəyəri 8.938.796,00 manatdır.

Müsabiqə 8 iyul tarixinədək davam edəcək.