Biznes layihələri üçün yeni investisiya portalı yaradılıb

Biznes layihələri üçün yeni investisiya portalı yaradılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə investisiya portalı - www.invest.smb.gov.az yaradılıb.

KOBİA-dan bildirilib ki, portalda müxtəlif investisiya layihələri və biznes ideyalar yerləşdirilib. Biznes layihəsi olan və investor axtaran, mövcud biznesini satmaq istəyən və müxtəlif layihələrə yatırım etmək istəyən investorlar portalın imkanlarından istifadə edə bilərlər. Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən portalda qeydiyyatdan keçməklə müvafiq xidmətlərdən istifadə etmək mümkündür. Portalda məlumat yerləşdirilməsi ödənişsizdir.