Bakıdakı dövlət mənzil fondunun təmiri üçün 3,9 milyon manatlıq tender
"Bakı şəhər əsaslı tikinti və təmir" MMC tender elan edib.
Valyuta.az xəbər verir ki, müsabiqə Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmiri işləri üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınmasını əhatə edir.
Tenderin ehtimal olunan dəyəri 3 milyon 881 min 755,33 manat təşkil edir.
Təkliflərin qəbulu 24 avqust tarixinədək davam edəcək.


