Bakıdan bu şəhərə də səyahət etmək mümkün olacaq

Bakıdan bu şəhərə də səyahət etmək mümkün olacaq

“Azərbaycan Hava Yolları” (AZAL) QSC aviaşirkəti Bakı-Maskat aviareysini açmağı planlaşdırır.

Bu barədə Azərbaycanın Omandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, AZAL Omanın paytaxtında Bakı-Maskat çarter reysinin təqdimat mərasimini keçirib.

Tədbirdə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov iştirak edib.