“BakuBus” Gəncədə avtobus parkı tikir

“BakuBus” Gəncədə avtobus parkı tikir

Gəncə şəhərində avtobus parkı yenilənəcək.

Bununla bağlı hazırlıqlar həyata keçirilir.

Hazırlıqlar çərçivəsində Gəncə avtobus parkının layihələndirilməsi işlərinə başlanılıb.

“BakuBus” MMC-nin sifarişi ilə parkın layihələndirmə işlərinin icrası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna həvalə edilib və onunla müqavilə bağlanılıb.

Müqaviləyə əsasən, İnstitut Gəncə avtobus parkını 240 min manata layihələndirəcək.

Xatırladaq ki, Gəncənin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün mütəmadi olaraq avtobus parkı yenilənir. Bununla yanaşı, ötən ilin mayından etibarən “BakuBus” MMC paytaxtdan Gəncə şəhərinə və əks istiqamətdə sərnişin daşımağa başlayıb. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 10:30, 11:00, 12:00 və 14:30-da, Gəncə Avtovağzalından isə 11:00, 11:30, 13:30 və 19:00-da yola düşür.