Bank müştərilərinin hesab sayı 55 milyonu keçdi
2026-cı ilin yanvarın 1-nə olan məlumata əsasən, bank müştərilərinin sayı ötən illə müqayisədə 237 min 344 nəfər artaraq 16 milyon 236 min 899 nəfərə çatıb.
Valyuta.az xəbər verir ki, ötən ilin dekabrın 1-nə bank müştərilərinin sayı 16 milyon 231 min 316 nəfər təşkil edib, noyabrın 1-nə isə bu göstərici 16 milyon 117 min 990 nəfərə yüksəlib.
Statistikaya əsasən, bank müştəriləri arasında fiziki şəxslərin sayı 16 milyon 71 min 505 nəfər, hüquqi şəxslərin sayı isə 165 min 394 nəfər olub.
Eyni zamanda sahibkarlıqla məşğul olanların sayı da artaraq 1 milyon 31 min 430 nəfərə çatıb.
Hesabat dövründə banklarda müştəri hesablarının sayı 55 milyon 178 min 897 ədəd təşkil edib. Bunların 11 milyon 260 min 186 ədədi kredit, 727 min 210 ədədi isə depozit hesabları olub.
Fiziki şəxslərə məxsus hesabların sayı 42 milyon 758 min 899 ədəd, hüquqi şəxslərə məxsus hesablar 432 min 602 ədəd, sahibkarlıqla məşğul olanlara aid hesabların sayı isə 1 milyon 425 min 471 ədəd olub.

