Ölkə tütün ixracından qazancını 19% artırıb

Ölkə tütün ixracından qazancını 19% artırıb

Ötən il Azərbaycan 67,3 milyon dollar dəyərində tütün və tütün məmulatları ixrac edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin tütün ixracından gəliri 2024-cü illə müqayisədə 19% çoxdur.

Əlavə edək ki, bu dövrdə tütün ixracı Azərbaycanın ümumi ixracının 0,27%-ni təşkil edib.