Bank "VTB" qanunsuz parkinq yaradıb

Bank "VTB" qanunsuz parkinq yaradıb

Yolun hərəkət hissəsinin qanunsuz zəbt olunması ilə bağlı oxuculardan biri redaksiyamızın qaynar xəttinə müraciət edib. Videogörüntünü qeydə alan oxucu bildirir ki, paytaxtın Xətai rayonu 38 ünvanında yerləşən Bank "VTB"nin əməkdaşları yolun hərəkət hissəsinə qanunsuz olaraq dəmir maneələr quraşdırıb.

Bu maneələri quraşdırmaqla bankın qarşısını qanunsuz parkinqə çeviriblər. Oxucu bildirir ki, məsələ ilə bağlı həm AYNA-ya, həm də Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edib.

Qanunvericiliyə görə, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsi, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılması qadağandır. Bu əməlin törədilməsinə görə, İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsilə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Avtosfer