Bir il əvvəl vəzifəyə təyin edilən general işdən azad edildi

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, general-mayor Aqşin Kazımov vəzifəsindən azad edilib.

"BusinessTime"ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, 59 yaşlı A.Kazımov bu vəzifəyə ötən ilin yayında təyin edilmişdi. Keçən ilin dekabrında isə ona general-mayor rütbəsi verilmişdi.