"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bərpa olunan enerji laboratoriyasının qurulması üçün əsaslı təmir işləri həyata keçiriləcək. 

Valyuta.Az xəbər verir ki, bununla bağlı təhsil müəssisəsi tərəfindən müvafiq işlərə start verilib. 

Məlumata əsasən, universitet artıq sözügedən işləri görə biləcək şirkət axtarışındadı. Ödənilməsi planlaşdırılan məbləğ isə 863.758,00 AZN-dir. 

Qeyd edək ki, bu məbləğ "BP Eksploreyşn Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ayrılmış qrant vəsaiti hesabına təmin olunacaq.

Tender 5 may tarixinə qədər davam edəcək