Bu gün onlar istefa verdi - ADLAR - YENİLƏNİB
Azərbaycan Respublikasının Nazirlər Kabineti istefa verib.
BusinessTime-ın xəbərinə görə, Azərbaycan Konstitusiyasının 116-cı maddəsində nəzərdə tutulan bütün zəruri addımlar yerinə yetirilib.
--------------------------------------------------------------------------------------------------------
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.
Ölkə qanunvericiliyinə görə, Prezident seçkilərindən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi yenidən formalaşdırılacaq.
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir.
Daha sonra dövlət başçısı Baş nazir vəzifəsinə namizəd irəli sürdüyü şəxs haqqında Milli Məclisə təklif verir.
Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisin müzakirəsinə təqdim edir.
Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.
Nazirlər Kabinetinin tərkibi aşağıdakı kimidir.
Azərbaycan Respublikasının Baş naziri - Əli Hidayət oğlu Əsədov
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov
Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov
Azərbaycan Respublikası Baş nazirinin müavini - Şahin Abdulla oğlu Mustafayev
Azərbaycan Respublikasının Daxili İşlər naziri – Vilayət Süleyman oğlu Eyvazov
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev
Azərbaycan Respublikasının Energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov
Azərbaycan Respublikasının Ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov
Azərbaycan Respublikasının Gənclər və İdman naziri – Fərid Fazil oğlu Qayıbov
Azərbaycan Respublikasının Xarici İşlər naziri – Ceyhun Əziz oğlu Bayramov
Azərbaycan Respublikasının İqtisadiyyat naziri – Mikayıl Çingiz oğlu Cabbarov
Azərbaycan Respublikasının Kənd Təsərrüfati naziri – Məcnun Qadir oğlu Məmmədov
Azərbaycan Respublikasının Maliyyə naziri – Samir Rauf oğlu Şərifov
Azərbaycan Respublikasının Mədəniyyət naziri – Adil Qabil oğlu Kərimli
Azərbaycan Respublikasının Müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov
Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri – Vüqar Valeh oğlu Mustafayev
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri – Rəşad Nəbi oğlu Nəbiyev
Azərbaycan Respublikasının Səhiyyə naziri – Teymur Yusif oğlu Musayev
Azərbaycan Respublikasının Elm və Təhsil naziri – Emin Eldar oğlu Əmrullayev
Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Əvəz qızı Muradova
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı
Dövlət Gömrük Komitəsinin sədri – Şahin Soltan oğlu Bağırov
Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Anar Adil oğlu Quliyev
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev
Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov
Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağı oğlu Nağıyev
Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Mürsəl Qorxmaz oğlu İbrahimov
Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli
Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev

