Səfər Mehdiyevin kadrı olan müavin işdən çıxarıldı

Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini işdən çıxarılıb. 

BusinessTime” Unikal-a istinadən xəbər verir ki, DGK-nin sədr müavini, gömrük xidməti general-mayoru Qasımov Cavad Mustafa oğlu vəzifəsindən azad edilib.

Qeyd edək ki, Cavad Qasımov 2018-ci ildən DGK-nin sədr müavini idi.

Xatırladaq ki, dünən Baş Prokurorluq Dövlət Gömrük Komitəsinin bir neçə əməkdaşının korrupsiya cinayətləri ilə əlaqədar həbs edilməsi barədə məlumat yayıb.