Bu il proqnozlaşdırılan qaz ixracının yarısı Avropaya tədarük ediləcək - Pərviz Şahbazov
30 ildən sonra bizim məqsədimiz dəyişməz olaraq qalır - regionda və onun hüdudlarından kənarda enerji təhlükəsizliyini və davamlı inkişafı təmin etmək.
Bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Avropaya illik qaz tədarükü son 3 ildə 8,2 milyard kubmetrdən 12 milyard kubmetrə yaxın artıb.
Trans-Adriatik Boru Kəmərinin 2026-cı ilə qədər 1,2 milyard kubmetr genişləndirilməsi artıq ötürmə qabiliyyətinin daha da artırılması üzrə davam edən müzakirələrlə təsdiqlənib”, - deyə nazir vurğulayıb.