Bu nazirlik SOCAR-a 2,1 milyon manat ödəyəcək

Bu nazirlik SOCAR-a 2,1 milyon manat ödəyəcək

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Dövlət Neft Şikrətinə (SOCAR) 2 100 000 manat ödəniş edəcək.

BusinessTime xəbər verir ki, ödəniş karbamid mineral gübrəsinin satınalınmasına görə veriləcək.

Bir mənbədən satınalma metodu ilə həyata keçirilən müsabiqənin qalibi kimi isə SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" göstərilib.