Dövlət Agentliyi SOCAR və ASCO-nu məhkəməyə verdi - Maddi ziyanın ödənilməsini istəyir

Dövlət Agentliyi SOCAR və ASCO-nu məhkəməyə verdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (ADLA) iki dövlət qurumu ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

"BusinessTime" xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan "SOCAR-AQŞ" MMC və "Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) maddi ziyanın vurulmasında ittiham olunur.

Maddi ziyanın ödənilməsi tələb olunan işə hakim Kənan Hüseynovun sədrliyi ilə 2025-ci ilin fevralın 7-də baxılacaq.