Məşhur polis polkovniki vəfat etdi - FOTO

Məşhur polis polkovniki
Uzun illər Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat-imtahan və texniki baxış şöbəsində işləmiş Mübariz Əhədov vəfat edib.
BusinessTime” PostMedia.az saytına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun yaxınları məlumat veriblər.
Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra mayın 26-da 59 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Mübariz Ağamirzə oğlu Əhədov 1966-cı il mayın 25-də Sumqayıt şəhərində anadan olub.
O, uzun müddət BDYPİ-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsində işləyib. Polis polkovniki rütbəsinə qədər yüksələn M.Əhədov sonuncu dəfə Lənkəran şəhərində 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsində çalışıb və 2021-ci ildə təqaüdə göndərilib.
Xatırladaq ki, Mübariz Əhədov 2016-cı ildə dünyasını dəyişmiş xeyriyyəçi iş adamı, Sumqayıtdakı məşhur "Karvan" ticarət mərkəzinin sahibi olmuş Ağamirzə Əhədovun oğlu idi.