Dövlət Xidməti Facebook”və “İnstagram”la bağlı məlumat yaydı - Problem qlobal xarakterlidir

Dövlət Xidməti Facebook”və “İnstagram”la bağlı məlumat yaydı

Məlumat üçün bildiririk ki, hazırda “Facebook”və “İnstagram” sosial şəbəkələrində problem yaranıb.

BusinessTime bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, sözügedən problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.

Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur.

Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.