İqtisadiyyat Nazirliyində könüllü olmaq istəyənlərin nəzərinə!

İqtisadiyyat Nazirliyində könüllü olmaq istəyənlərin nəzərinə!

İqtisadiyyat Nazirliyində növbəti könüllü fəaliyyəti təşkil edilir.

Nazirlikdən  bildirilib ki, bununla bağlı müraciətlər dekabrın 30-dək qəbul ediləcək. Könüllülər sırasına qoşulmaq istəyən gənclər İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində “Könüllü fəaliyyəti” bölməsinə daxil olmaqla elektron müraciət edə və ya CV-ni Nazirliyə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 155) təqdim edə bilərlər. Könüllülük müddətini uğurla başa vuran gənclərə sertifikatlar veriləcək. Seçim zamanı dil (ingilis, rus) və kompüter biliklərinə malik olan şəxslərə üstünlük veriləcək.