Dünya Bankı yeni hesabat hazırlayır

Dünya Bankı yeni hesabat hazırlayır

Bu ildən baaşlaaraq Dünya Bankı Qrupu "Business Ready" (B-Ready) hesabatını hazırlayacaq.

Bu barədə BusinessTime-a Bankın Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Yeni hesabat dərci dayandırılmış "Doing Business" hesabatını əvəz edəcək, ölkələrin biznes və investisiya mühitinin qiymətləndirilməsinə daha şəffaf və balanslı yanaşmanı təmin edəcək. 2024-cü ilin yazında dərc olunacaq ilk buraxılışında "Business Ready" hesabatı 54 iqtisadiyyatı əhatə edəcək.

Növbəti 3 il ərzində hesabata 180 ölkənin daxil edilməsi nəzərdə tutulur.

"Business Ready" hər hansı şirkətin fəaliyyətinin başlanma, davam etmə, bağlanma və yaxud yenidən təşkili mərhələlərini əhatə edən 10 mövzuya fokuslanacaq: biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazarda rəqabət, mübahisələrin həlli və müflisləşmə.