Mərkəzi Bank inzibati binasını təmir etmək üçün şirkət axtarır

Mərkəzi Bank inzibati binasını təmir etmək üçün şirkət axtarır

Azərbaycan Mərkəzi Bankı (AMB) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binaslarında görüləcək təmir-bərpa işlərinin satın alınması üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir.

BusinessTime bu barədə quruma istinadən xəbər verir.

Şərtlərə görə, tender proseduru 06 iyun 2023-cü il tarixində saat 15:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.

Tenderdə yalnız “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq elektron satınalmalarda iştirakına yol verilən sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarı ilə təsdiq edilmiş “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası”na müvafiq olaraq müəyyən edilmiş 250 (iki yüz əlli) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə Əsas şərtlər toplusunu əldə edə bilərlər.

AMB-nin açıqlamasında deyilir ki, iştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə bir sıra sənədləri təqdim etməlidirlər.

İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 05 iyun 2023-cü il saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 25 may 2023-cü il saat 15:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.

İşlər satınalma müqaviləsi imzalandığı gündən etibarən ən geci 90 (doxsan) təqvim günü müddətində yükunlaşmalıdır.