Dünya birjalarında enerji qiymətləri yenidən cüzi geriləyib

Dünya birjalarında enerji qiymətləri yenidən cüzi geriləyib

Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən hərracda “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 bareli 75,58 ABŞ dollarına təklif edilib.

BusinessTime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 0,28 ABŞ dolları yaxud 0,39 % ucuzlaşma deməkdir.

Ötən gün Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Şərqi Texas) markalı xam neftin bir barelinin qiyməti 71.55 ABŞ dolları olub.

Bu da əvvəlki günlə müqayisədə 0,31 dollar/barel yaxud 0,43 % azdır.

Yazar