ARDNF-nin aktivləri bir rübdə 9 % artıb

ARDNF-nin aktivləri bir rübdə 9 % artıb

2023-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 9 % artaraq 53 437,6 milyon ABŞ dolları olub.

BusinessTime-ın quruma istinadən verdiyi xəbərə görə, 2023-cü ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 7 643,3 milyon manat, büdcə xərcləri isə 1 584,3 milyon manat təşkil edib.

Cari ilin ilk rübündə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 596 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 4 829,9 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat təşkil edib.

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 2 047,3 milyon manat təşkil edir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 1 427,6 milyon manat təşkil edib.