Dünya əmtəə birjalarında əsas neft markaları 2%-dən çox ucuzlaşıb

Dünya əmtəə birjalarında əsas neft markaları 2%-dən çox ucuzlaşıb

Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən hərracda “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 bareli 80,6 ABŞ dollarına təklif edilib.

BusinessTime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 2,09 ABŞ dolları yaxud 2,53 % ucuzlaşma deməkdir.

Ötən gün Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Şərqi Texas) markalı xam neftin bir barelinin qiyməti 77,07 ABŞ dolları olub.

Bu da əvvəlki günlə müqayisədə 1,69 dollar/barel yaxud 2,15 % azdır.

Yazar