Dünya rekordçusu Tobabike-ı seçdi - FOTOLAR
Dünya rekordu qıran ultra velosipedçi Erekli Baqaşvilini Tobabike-da qonaq olub
Erekli, Azərbaycanda Qırmızı Körpü (Gürcüstan sərhədi) nöqtəsindən Bakıya qədər olan 491 km məsafəni 19 saat 44 dəqiqəyə qət edərək ikinci dəfə dünya rekorduna imza atıb. Bu nəticə onun yüksək dözümlülüyünü, iradəsini və peşəkarlığını bir daha sübut edir.
Filiala səfəri zamanı Erekli ilə ətraflı sual-cavab həyata keçirilib, onun bu uğurun arxasındakı təcrübələrini dinlədik və məhsullarımızla yaxından tanış edilib.
Xüsusilə, Toba Diamond modeli onun diqqətini çəkdi və yüksək qiymətləndirildi.
Erekli, milli brend olaraq bu qədər geniş model çeşidinin mövcudluğuna təəccübləndiyini qeyd etdi. Tobabike-in Qafqaz regionunda ən böyük velosiped istehsal gücünə malik olması isə ayrıca vurğulandı.
Qeyd edək ki, bu görüşlə bağlı daha ətraflı reportaj və müsahibə Tobabike rəsmi səhifələrində paylaşılacaq.
Tobabike olaraq, regionda velosiped mədəniyyətinin inkişafına töhfə verməyə və belə ilhamverici idmançıları dəstəkləməyə davam edəcəyik.


