Azərbaycanın Türkiyəyə neft ixracı 79% azaldı - RƏSMİ

Azərbaycandan bu ilin birinci yarısında Türkiyəyə neft ixracı illik müqayisədə 78,9% azalaraq 24 min ton təşkil edib.
Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Hesabat dövründə ölkənin Türkiyəyə ixrac etdiyi neftin dəyəri isə 80,6% azalaraq 11,9 milyon dollar olub.