Ədliyyə naziri Qusarda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Qusarda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədov iyulun 22-də Qusar rayonunda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı iyulun 20-dək Xaçmaz regional ədliyyə idarəsinə (ünvan: Xaçmaz şəhəri, H. Əliyev prospekti 17, əlaqə telefonu +994 2332 5-18-88) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin 012-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.

Həmçinin vətəndaşların nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanı var.

Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.