AKTA-nın yenilənmiş veb-saytı təqdim edilib

AKTA-nın yenilənmiş veb-saytı təqdim edilib

AKTA-nın yenilənmiş veb-saytı (www.akta.az) təqdim edilib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2023-cü il üzrə fəaliyyətinə dair hesabat tədbirində AKTA sədrinin müavini Rauf Cabarov Assosiasiyanın yenilənmiş veb-saytı barədə məlumat verib. AKTA-nın üzvləri arasında kommunikasiyanın inkişafı və cəmiyyətin aparılan işlər barədə operativ məlumatlandırılması üçün saytın müasir texnologiyalar əsasında yeniləndiyi və təkmilləşdirildiyi qeyd edilib.

Veb-saytda AKTA ekspertlərinin və üzvlərinin təqdimatı üçün ekspert bankı və üzvlərin kataloqunun yerləşdirildiyi, habelə AKTA üzvlərinin məhsul və həllərinin kataloqunun yerləşdirilməsi üçün imkanın yaradıldığı bildirilib. Bununla yanaşı, üzvlər arasında əlaqələrin inkişafı üçün şəxsi kabinet və onlayn kommunikasiya vasitələrinin yaradıldığı qeyd edilib.