Energetika Nazirliyinə 8 minə yaxın müraciət daxil olub

Energetika Nazirliyinə 8 minə yaxın müraciət daxil olub

2023-cü il ərzində Energetika Nazirliyi və tabeli qurumlara 7 783 vətəndaş müraciəti daxil olub.

Müraciətlərin 6 636-ı müvafiq qaydada icra edilib, 790-ı isə məlumat xarakterli olub (müraciətin geri götürülməsi, təşəkkür və digər). 357 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik enerjisinin verilişində fasilələrin yaranması, qaz təchizatı, sayğaclaşma, bərpa olunan enerji, qəbula yazılmaq, icazələrin verilməsi və digər mövzularla bağlı olub.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 256 vətəndaş qəbul edilib və qəbullarda səsləndirilən müraciətlər üzrə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.