“Azərişıq” vətəndaşlara ÇAĞIRIŞ ETDİ
Vətəndaşların müraciətlərinin operativ cavablandırmaq, sıxlığı aradan qaldırmaq üçün 199 - Çağrı Mərkəzi ilə yanaşı "Azərişıq" ASC-nin sosial şəbəkələrdə səhifələri, qurumun rəsmi internet səhifəsində də onlayn müraciətlər mövcuddur.
Bu barədə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.
A.Məmmədzadə qeyd edib ki, hava şəraiti ilə əlaqədar və ya hər hansı qəza baş verdiyi zaman 199 - Çağrı Mərkəzinə zənglərin sıxlığı nəticəsində yaranan uzun növbələri aradan qaldırmaq üçün abonentləri qurumun rəsmi səhifəsində yaradılmış SOS müraciət bölməsinə müraciət etmələri tövsiyə olunur.
Yeni "smart kart” tipli işıq sayğaclarında yaranan problemlərə toxunaraq A.Məmmədzadə bildirib ki, yeni sayğacların istifadə qaydalarına riayət olunmalıdır: "Vətəndaşlar kartları səhv istifadə etdikdə bu “smart kartların” datasını silirlər. Nəticədə ödəniş zamanı problemlər yaranır. Bunun qarşısını almaq üçün istifadə qaydalarına riayət olunması zərurəti yaranır".