"Ətraf mühitin mühafizəsi haqqında" Qanuna dəyişiklik edildi

"Ətraf mühitin mühafizəsi haqqında" Qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev "Ətraf mühitin mühafizəsi haqqında" Qanuna dəyişiklikləri təsdiq edib.

BusinessTime.az President.az-a istinadən xəbər verir ki, sənədlə "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472 (Cild I); 2024, № 3, maddə 250, № 4, maddə 365, № 11, maddə 1181, № 12 (II kitab), maddə 1331) aşağıdakı dəyişikliklər edilir:

- 52-ci maddənin 4-cü hissəsində "Dövlət ekoloji ekspertizasının obyektləri barədə ekoloji" sözləri "Ekoloji" sözü ilə əvəz olunur.

- 57-ci maddə üzrə:

adında "Dövlət ekoloji ekspertizasının" sözləri "Ekoloji ekspertiza" sözləri ilə əvəz olunur;

- 6-cı hissədə "Dövlət ekoloji ekspertizasının obyektləri barədə ekspert" sözləri "Ekoloji ekspertiza" sözləri ilə əvəz olunur.