Fermerlərin NƏZƏRİNƏ!

Kənd təsərrüfatı məhsulları istehsalçılarının yüksək məhsuldar bitki sortlarının toxumları ilə təchiz olunması, bölgələrdə toxuma olan ehtiyacın aradan qaldırılması, daxili bazarda toxum çatışmazlığının və toxumun qiymət artımının qarşısının alınması istiqamətində elit toxumlarının ölkəmizə idxal olunması Dövlət Toxum Fondu tərəfindən davam etdirilir.
Son illər yerli fermer və toxumçular tərəfindən yüksək məhsuldarlıqla nəticələnən Qrom, Tanya, Alekseiç elit buğda sortları o cümlədən Fondun təşəbbüsü ilə Dövlət Reyestrinə qeydiyyata alınmış Qomer yumşaq buğda sortu Rusiyanın Krasnodar vilayətindən idxalı nəzərdə tutulub. Belə ki, idxal olunacaq 1200 ton elit buğda sortları Almaniyanın “Petkus” şirkətinə məxsus xüsusi avadanlığı ilə çeşidlənməsi və təmizlənməsi prosesi həyata keçirilib. Daha sonra dərmanlanaraq 50 kq kisələrə yığılıb.
Qeyd edək ki P.P.Lukyanenko adına Krasnodar Elmi-Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yaradılmış qeyd olunan sortların toxumu pas, unlu şeh və sürmə xəstəliklərinə qarşı davamlı, septerioz və fuzarioza qarşı orta həssasdır. Toxumlar 99 faizlik cücərmə qabiliyyətinə malikdir. Sortların Azərbaycanın torpaq-iqlim şəraitinə tam uyğunluğu nəzərə alınıb.
Fond tərəfindən təklif olunan sertifikatlı toxumlar artıq yaxın günlərdə ölkəmizə idxal olunaraq fermerlərə, təsərrüfat sahiblərinə təklif olunacaq. Qeyd olunan toxum sortlarının əkin keyfiyyətinin yüksək olması ilə yanaşı, gələcəkdə toxumçular tərəfindən istehsal olunan məhsulun toxum kimi istifadəsinə imkan yaradır.
Qeyd edək ki, ötən il Dövlət Toxum Fondu tərəfindən ölkəmizə 340 ton elit buğda toxumu idxal olunub. Fermer və təssərüfat sahibləri tərəfindən alınan buğda toxumları ölkənin müxtəlif regionlarında əkilib. Fondun aqronom və mütəxəssisləri tərəfindən toxumluq sahələrdə aparılan monitorinqin nəticəsinə görə bu il fermerlər yüksək məhsul əldə ediblər.