İnkişaf etmiş liberal iqtisadiyyatlar məhz bu prinsip üzərində qurulub

İnkişaf etmiş liberal iqtisadiyyatlar məhz bu prinsip üzərində qurulub

Əməyin beynəlxalq bölgüsü modeli, ən uğurlu iqtisadi inkişaf modeli sayılır. Bu model bir neçə nəzəriyyələrə əsaslanır o cümlədən, rəqabət üstünlüyü, ölkə miqyası, ixtisaslaşma, müqaisəli üstünlük nəzəriyyəsi və s.

Məsələn səndə pomidor, fındıq, xurma, üzüm, nar və s. daha yaxşı yetişir və daha çox gəlir gətirir o birində isə taxıl üçün böyük torpaq sahələri var, satırsan pomidoru alırsan taxılı. Bütün inkişaf etmiş liberal iqtisadiyyatlar məhz bu prinsip üzərində qurulub.

Bu barədə KOBİA sədrinin müşaviri Zaur Qardaşov bildirib.

O deyib ki,  “Təcili taxıl istehsalını artırmalıyıq” ifadələri kommunist dövrünün 5 illik plenar iclaslarının lozunqlarına bənzəyir. Taxılla özünü təminat arzuolunandır, yalnız mövcud imkanlar çərçivəsində. Ölkə ərazisi və rəqabət üstünlüyü nəzəriyyələri isə deyirki Azərbaycanda taxıla yox digər bitkilərə üstünlük verilməlidir. Niderland dünyanın bir nömrəli kənd təsərrüfatı ölkəsi sayılır, ancaq bu ölkədə taxılla özünütəminat cəmi 25-30% təşkil edir, məhdud torpaqlar daha sərfəli, daha çox əlavə dəyər yaradan məhsullara istifadə edilir. Niderlandın ixrac etdiyi kənd təsərrüfatı məhsullarından gələn gəlirin cəmi 1-2% kifayət edir ki, özünün taxıl ehtiyacını idxal hesabına tam ödəsin.

"Qiymət artımı və qida təhlükəsizliyi məsələlərinə gəlincə, ölkə dünyanın ən böyük taxıl anbarlarına sahibdir. Azərbaycandada uzunmüddətli rezervlərin yaradılması və bazara intervensiya mexanizmləri var, illər öncə Dövlət Taxıl Fondu məhz bu məqsədlə yaradılmışdır. Fond 7 noyabr 2021-ci il tarixli Sərəncamla yeni yaradılmış Dövlət Ehtiyatlar Agentliyinin bir hissəsi oldu. Gələcək illərdə məhz bu Agentlik bazarda qiymət dalğalanmalarının qarşısını alacaq və taxıl təhlükəsizliyini təmin edəcək quruma çevrilməlidir", deyə Z.Qardaşov qeyd edib.

BusinessTime