Əmək Müfəttişliyi 15 beynəlxalq mükafata layiq görülüb
2025-ci il ərzində Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyəti beynəlxalq platformalarda yüksək qiymətləndirilib.
Cari ildə Xidmət dünyanın ən nüfuzlu beynəlxalq müsabiqələrində ümumilikdə 15 mükafata layiq görülüb. Bu mükafatlardan 6-sı ABŞ-də, 7-si Böyük Britaniyada, 2-si isə Hindistanda keçirilən beynəlxalq müsabiqələr çərçivəsində əldə edilib.
Dövlət Əmək Müfəttişliyi Xidməti əmək münasibətlərinin tənzimlənməsi, əməyin mühafizəsi, rəqəmsal transformasiya, innovativ texnoloji və insan resursları həllərinin tətbiqi, hökumət və yaşıl texnologiyalar, korporativ sosial məsuliyyət, eləcə də maarifləndirici kommunikasiya sahələrində həyata keçirdiyi uğurlu təşəbbüslərlə beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirilib və bu istiqamətlər üzrə fərqlənərək adını qaliblər sırasına yazdırıb.

