“Final” çaydan “Nostalji evi” layihəsi
![“Final” çaydan “Nostalji evi” layihəsi](https://baku.news/uploads/posts/2024-01/1706531425_cay.jpg)
30 ildir hər kəs tərəfindən bəyənilən nəfis dadı ilə klassikaya çevrilmiş “Final” çayı “Park Bulvar”da tematik “Nostalji evi” quraşdırıb.
İnsanları bir anlıq keçmişə xoş xatirələrə aparan Yeni il ab-havalı bu layihə 90-cı illərin ev dizayn və dekorasiyasından ibarətdir.
Qonaqlar tərəfindən böyük maraqla qarşılanan və nostalji hislər yaradan layihə mart ayının 31-nə qədər davam edəcək.
Qeyd edək ki, 30 ildir istehlakçıların sevimlisi olan və 100 faizi təbii Şri-Lanka çayından hazırlanan “Final” mütəmadi olaraq müxtəlif sosial layihələr həyata keçirir və müxtəlif yerli və qlobal tədbirlərin təşkilinə dəstək verir.